- Baxış sayı: 45
- 01 Noyabr 2024 20:44
- Baxış sayı: 228
- Noyabr 04, 2024
- 0
Azərbaycan cüdo federasiyasının hakimlər üzrə meneceri, beynəlxalq “A” kateqoriyalı hakim Mətin Rəhimli tərəfindən “Cüdo klub-2012”də seminar keçirilib. Allsport.az saytı xəbər verir ki, məşğələdə “sankaku tutuşu” və “vaki-qatami” zamanı cərimələr mövzusunda hakimlərə məlumat verilib.
Eyni zamanda, hansı hallarda cüdoçulara cərimə və ya xəbərdarlıqların verilməli olduğu haqqında geniş müzakirələr aparılıb və bir sıra fəndlər əyani şəkildə nümayiş etdirilib. Bununla yanaşı, aparıcı hakimlərimizin iştirak etdiyi toplantıda, yarışların daha dəqiq və səmərli idarə edilməsi üçün, müxtəlif nəzəri və praktiki məsələlər müzakirə edilib.
Seminarın təşkil olunması hakimlərin bu sahədəki bilik və bacarıqlarının təkmilləşdirilməsinə və qarşıdan gələn yerli yarışlara hazırlıq məqsədi daşıyır. ACF-in təşkilatçılığı ilə gələcəkdə də hakimlərin peşəkarlıq səviyyəsinin artırılması ilə əlaqədar bu cür seminarların keçirilməsi nəzərdə tutulub.