Yığmamızın üzvü COVİD-19-a qalib gəlib

U-21 millinin üzvü Fərid Nəbiyev koronavirusdan sağalıb. Allsport.az saytı xəbər verir ki, futbolçunun son testinin nəticəsi mənfi çıxıb.

Çex Respublikasının “Viktoriya Jijkov” klubunda çıxış edən gənc oyunçu yaxın günlərdə məşqlərə başlayacaq.

Sportal.az-ın məlumatına görə, bir müddət öncə test nəticəsi müsbət çıxan Fərid ev şəraitində karantinə alınmışdı.

Həmin kateqoriyadan