- Baxış sayı: 48
- 06 Noyabr 2025 17:23
- Baxış sayı: 40
- Noyabr 06, 2025
- 0

“Los Anceles Kings”, “Dinamo Minsk” və Finlandiya millisinin sabiq xokkeyçisi Yere Karalahti həbs edilib.
Allsport.az xəbər verir ki, 50 yaşlı şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinir.
Cinayət 2025-ci il iyunun 1-dən sentyabrın 29-dək Helsinkidə törədilib. İş çərçivəsində daha bir neçə nəfər də həbsə göndərilə bilər. Karalahti əvvəllər də narkotikə görə bəlaya düşüb. 2008-ci ildə Helsinki məhkəməsi xokkeyçinin Estoniyada 10 000 avroya amfetamin aldığını müəyyən edib və onu bir il səkkiz ay şərti həbs cəzasına məhkum edib. Karalahtinin həyatı ilə bağlı 2017-ci ildə dərc olunmuş kitabda iddia edilir ki, Cerenin narkotik təcrübələri onun yeniyetməlik illərində başlayıb.
Karalahti Finlandiya millisi ilə üç dəfə dünya çempionatının finalçısı olub.