“Yorğunluğun üzərinə daha bir yorğunluq gəldi”

“Qarabağ” premyer liqanın 3-cü turundan təxirə salınmış oyunda səfərdə “Turan Tovuz”a 2:0 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, qonaqların baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında bunu deyib:

“İlk öncə bütün tovuzlulara təşəkkür etmək istəyirəm. Bizim komandanı çox xoş qarşıladılar. 25-26 il əvvələ getdim sanki. Burada xoş xatirələrim var. Uzun illərdir görmədiyim insanları gördüm bu gün. Ona görə də hər birinə təşəkkür edirəm. Komandaya uğurlar arzu edirəm.

Ümid edirəm ki, “Turan Tovuz” gələcəkdə daha yaxşı nəticələr qazanacaq. Oyuna gəldikdə, vacib qələbə qazandıq. Komandada müəyyən yorğunluq var idi. Buna baxmayaraq, qələbə qazanmağı bacardıq. Əfsuslar olsun ki, yorğunluğun üzərinə daha bir yorğunluq gəldi. Xüsusən də bu gün süni örtükdə mübarizə apardıq”. 

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish