“Yüksək liqada oynamağımız bizim üçün əlavə üstünlükdür”

Bu gün U-19 futzal üzrə Avropa çempionatının əsas mərhələsinin püşkü atılıb. Allsport.az saytı xəbər verir ki, 5-ci qrupda yer alan komandamız Fransa, Bosniya və Hersoqovina və Yunanıstanla qarşılaşacaq. Oyunların hansı ölkədə keçirləcəyi hələ müəyyənləşməyib. Püşklə bağlı baş məşqçimiz Ağatahir Əzimov açıqlama verib:

“Komandamız 4-cü səbətdə yer alıb. Ona görə də rəqiblərimizin daha güclü komandalar olacağını gözləyirdik. Ümumi götürdükdə, normal qrupa düşmüşük. İspaniya, Portuqaliya kimi rəqiblərlə qarşılaşmayacağıq.

Yunanıstana, Bosniya və Herseqovinaya, Fransaya qarşı mübarizə aparmaq olar. Qarşıda 5 aya yaxın vaxtımız var. Çalışacağıq komandanı oyunlara yaxşı hazırlayaq, heyətimizi komplektləşdirək. Axtarışlarımız davam edir. Yüksək liqada oynamağımız da bizim üçün əlavə üstünlükdür. Uşaqlar oyun planında təcrübə qazanırlar”.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish