Yüksək nəticə göstərənlər mükafatlandırıldılar

Respublika kompleks idman məktəbi və “Timsport” şirkətinin birgə təşkilatçılığı ilə 2024-2025-ci tədris ilində ölkə yarışlarında yüksək nəticə göstərən idmançıların, onların məşqçi-müəllimlərinin mükafatlandırma mərasimi keçirilib.

Allsport.az saytı xəbər verir ki, tədbirdə məktəbin direktoru Rüstəm Alimli çıxış edərək, qazanılan nəticələrə görə təşəkkürünü bildirib, idmançılara və məşqçi-müəllimlərə fəxri fərman və qiymətli hədiyyələr təqdim edib.

Həmin kateqoriyadan