Yüksək liqada həlledici mərhələ nə vaxt başlayır?

Bu gün GİN-in voleybol mərkəzində qadınların və kişilərin yüksək liqasında çıxış edən komandaların menecerləri ilə görüş keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda AVF-in idman şöbəsinin direktoru Şiraslan Kərimov və federasiyanın meneceri Yelena Parxomenko iştirak ediblər.

İclas zamanı yüksək liqanın pley-off mərhələsi ilə bağlı məsələlər müzakirə olunub, ətraflı məlumat verilib. Oyunların keçirilmə tarixləri, klublar üçün nəzərdə tutulan məşq proqramları və digər təşkilati məsələlər diqqətə çatdırılıb.

Bildirilib ki, qadınlarda pley-off mərhələsinin oyunlarına martın 27-də, kişilərdə isə aprelin 6-da start veriləcəklər. Bürünc medal uğrunda oyunlar və final qarşılaşmaları 18-19 apreldə keçiriləcək.

Pley-off və yarımfinal oyunları 2 oyundan (ev-səfər) ibarət olacaq. İki oyunun nəticəsində komandaların qələbələri bərabər olarsa qızıl set oynanılacaq. Bürünc və qızıl medal uğrunda isə bir oyun olacaq.

Həmin kateqoriyadan