Yunan-Roma güləşçilərimiz Almatıdan əliboş qayıdıb – AGF ilk uğursuzluğu gizlədib

Qazaxıstanın Almatı şəhərində yunan-Roma güləşi üzrə Turluxanov kuboku keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışla bağlı awf.az məlumat yaymışdı.

Orta Asiyada ölkəmizi Sakit Quliyev (60 kq), Kamran Məmmədov, Orxan Eyvazov (hər ikisi – 67 kq), Həsən Əliyev (77 kq) və Nəzərşah Fətullayev (87 kq) təmsil ediblər.

Təəssüf ki, komandamız oradan əliboş qayıdıb. Ən yaxşı nəticə 1 təmsilçimizin 1/4 finala çıxması olub. Belə hal uzun illərdən sonra ik dəfə rastlaşılıb. Adətən, güləşçilərimiz yollandığı yarışların çəkisindən asılı olmayayaq, ən azı, 1 medal da olsa, qazanıblar.

 

Həmin kateqoriyadan