VİDEO
Yunan-Roma güləşçilərimiz dünya olimpiya ələməsinə hazırlaşır

Yunan-Roma güləşi millimiz dünya olimpiya təsnifatına hazırlığı davam etdirir. Allsport.az saytı xəbər verir ki, aprelin ilk yarısında Göygöldə fiziki hazırlıq üzrə təlim-məşq toplanışı keçən yığma, ayın ikinci yarısında Bakıda taktiki-texniki çalışmalara üstünlük verib.

Mayın 6-dan 9-dək Bolqarıstanın paytaxtı Sofiyada sonuncu lisenziya yarışına hazırlıq xarakteri daşıyan məşqlər baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçilər Akif ƏliyevHəsən Əliyevin rəhbərlikləri ilə keçirilir.

Qeyd edək ki, komandamız mayın 6-da Bolqarıstana yollanacaq. Güləşin bu növü üzrə mübarizə mayın 8-9-da baş tutacaq. Dünya olimpiya təsnifat turnirində 60, 67, 77, 97 və 130 kq-da vəsiqə qazanmağa çalışılacaq.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish