Zəfər gününə stolüstü tennis yarışı başa çatıb

Stolüstü tennis üzrə “Biz bir ölüb, min dirilərik” şüarı respublika turnirinə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, Zəfər gününə həsr olunan yarışa Bakı, Sumqayıt, Şəki və Şabran idmançıları qatılıblar. Sumqayıt şəhərində yerləşən “Qarabağ NN” stolüstü tennis idman klubunda təşkil olunan yarış 2012-ci il təvəllüdlü və daha az yaşlı iştirakçılar arasında keçirilib.

2 gün davam edən yarışın nəticələrinə əsasən oğlanlarların turnirində mükafatlara Şabran təmsilçiləri layiq görülüblər. Vaqif Babayev 1-ci, Zərbah Muradov 2-ci, Həsrət Kamilovla Yasin Zeyni 3-cü yeri tutub. Final görüşündə Rüqəyya Qasımzadəni (Sumqayıt) məğlub edən Xədicə Babazadə (Şəki) qızlar arasında baş mükafata sahib çıxıb.

Peykər Vəlizadə (Sumqayıt) ilə Sofiya Trofimenko (Sumqayıt) üçüncü yerdə qərarlaşıb. Turnirin mükafatçılarına Azərbaycan Stolüstü Tennis Federasiyasının diplom, medal və hədiyyələri təqdim olunub.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish