- Baxış sayı: 30
- 07 Dekabr 2025 13:07
- Baxış sayı: 231
- Dekabr 05, 2025
- 0

AFFA-nın keçirdiyi qrant müsabiqəsində 2-ci yeri tutmuş Samir Musayevin “Zəfər turniri” layihəsinə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, Ceyranbatan qəsəbəsində final qarşılaşması baş tutub. “Murov” komandasına 3:0 qalib gələn “Xudafərin” qalib olub.
Futbol veteranı Tərlan Əhmədovun və Azərbaycan idman jurnalistləri federasiyasının vitse-prezidenti Mahir Rüstəmlinin iştirak etdiyi mükafatlandırma mərasimində qalibə kuboku AFFA-nın kütləvi futbol departamentinin rəisi Fərrux İsmayılov təqdim edib.