- Baxış sayı: 35
- 20 İyul 2025 10:50
- Baxış sayı: 138
- İyul 20, 2025
- 0
“Lokomotiv” yarımmüdafiəçi Zəlimxan Bakayevin transferini rəsmən açıqlayıb.
Allsport.az xəbər verir ki, Moskva təmsilçisi 28 yaşlı futbolçu ilə iki illik müqavilə bağlayıb.
O, 7 nömrə altında çıxış edəcək.
“Spartak” akademiyasının məzununun əvvəlki klubu futbolçunun icarə əsasında çıxış etdiyi “Ximki” olub. Bakayev məxsus olduğu “Zenit”lə müqaviləsi başa çatıb və o, azad agent kimi “dəmiryolçular”a qoşulub.
Ötən mövsüm Zəlimxan 28 matçda iştirak edib, 6 qol vurub və 3 məhsuldar ötürmə edib.