• Ça. İyl 5th, 2022

Zərifə 1/4 finalda uduzdu

Apr 3, 2022

Dubayda dünya birinciliyində 2-ci gün arxada qalıb. Allsport.az saytı xəbər verir ki, yeniyetmə sablyaçı qızların şəxsi mübarizəsində qrup mərhələsini 3 qələbə ilə başa vuran Zərifə Hüseynova, turnirin 8 ən güclü sablyaçısı sırasına yüksəlib. O, pley-ofda amerikalı Lola Possik (15:8), bolqar Emma Neikova (15:4) və italiyalı Martina Giancolaya (15:14) qalib gəlib.

Ötən il keçirilən dünya birinciliyinin yeniyetmələr arasında bürünc medalçısı olan qılıncoynadan, yarımfinal uğrunda ABŞ təmsilçisi Alexandra Manqaya 7:15 uduzub.

Qrup mərhələsində 5 qələbə qazanan Ayxan Xasıyev isə, pley-off görüşündə ukraynalı Dmitri Kolobayevə 8:15 məğlub olub.

AllEscortAllEscort