Zaqatalada ustad dərsi

Azərbaycanda cüdonun 50-illik yubileyi çərçivəsində Zaqatalada ustad dərsi keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbirdə bu rayonla yanaşı, Şəki, Qəbələ, Qax, Balakən rayonlarından idmançılar da iştirak ediblər.

Toplantıda ACF prezidentinin müşaviri Natiq Bağırov və 5-ci İslam həmrəyliyi oyunlarının komanda yarışlarının qızıl medalçısı İbrahim Əliyev müxtəlif fəndlərinin yerinə yetirilməsini yeniyetmə və gənc cüdoçulara, həmçinin Zaqatala şəhərinin sakinlərinə nümayiş etdiriblər.

Onlar cüdonun fəlsəfəsi, mahiyyəti və kəmər bağlamaq qaydaları haqqında ustad dərsi iştirakçılarına geniş məlumat veriblər. Bu praktik cüdo fəndlərinə maraq göstərən Zaqatala sakinləri, uşaqlar və yeniyetmələr tatamiyə dəvət ediliblər və onlar müxtəlif fəndləri yerinə yetirməyə çalışıblar.

Tədbir zamanı iştirakçılar üçün viktorinalar təşkil olunub, cüdo idman növü üzrə müxtəlif suallar verilib və düzgün cavab verən şəxslərə hədiyyələr təqdim olunub.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish