- Baxış sayı: 49
- 02 Oktyabr 2023 13:16
- Baxış sayı: 51
- Oktyabr 02, 2023
- 0
“İnter”in baş məşqçisi Zaur Svanadze Topaz Premyer Liqasının 10-cu turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, “bankirlər”in gürcü çalışdırıcısı 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“İlk hissədə qol epizodlarımız olsa da, bundan yararlana bilmədik. Rəqib isə penaltidən qol vurmağı bacardı. Ona görə də ilk hissə barədə geniş danışa bilmirəm. Fasilədən sonra isə təzyiqi artırdıq, futbolçular ümidləri doğrultdular. Çətin səfər görüşündə qazanılan 1 xalı yaxşı nəticə hesab etmək olar. Artıq bu görüşü unudub, növbəti matçlara hazırlaşacağıq”.