“Zirə” 1200, “Neftçi” 1500 manat cərimələndi

AFFA intizam komitəsinin iclası keçirilib.

Allsport.az xəbər verir ki, toplantıda Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunlarında yaşananlara görə “Zirə” və “Neftçi” klublarını cərimələnib.

“Qartallar” beş üzvü “Araz-Naxçıvan”la oyunda (0:2) sarı vərəqə aldığı üçün 700 manat, azarkeşlərin hakimlərin ünvanına təhqiramiz ifadələr işlətməsi ucbatından (cari mövsümdə ikinci dəfə yaşanır) 500 manat ödəyəcək.

“Kəpəz”lə qarşılaşmada (1:0) qırmızı vərəqə alan “flaqman”ın hücumçusu Bassalu Sambu 2 oyunluq cəzalanıb, komandasına isə 1500 manat cərimə tətbiq edilib.

Həmin kateqoriyadan