- Baxış sayı: 34
- 09 Oktyabr 2024 23:31
- Baxış sayı: 28
- Oktyabr 10, 2024
- 0
“Qarabağ”la yoxlama görüşündən sonra bir günlük istirahətə buraxılan Sumqayıtın eyni adlı komandası “Zirə” ilə oyun üçün hazırlığa başlayıb. Allsport.az saytı xəbər verir ki, komanda Ayxan Abbasovun rəhbərliyi ilə saat 15:30-da “Sumqayıt arena”nın köməkçi meydançasında məşqə çıxıb.
Milli komandalarda olan futbolçular məşqdə iştirak etməyib. Bərpa keçən Ehtiram Şahverdiyev yüngül qaçışla kifayətlənib. Təxminən 1.5 saat davam edən hazırlıq prosesi müxtəlif fiziki hərəkətlər və toplu çalışmalar üzərində keçirilib. Məşqə ikitərəfli oyunla yekun vurulub.
Qeyd edək ki, bu kleblar arasında oyun noyabrın 25-də “Dalğa arena”da saat 19:00-da başlayacaq.