Ziya Bünyadovun xatirə turnirində kimlər qalib oldu?

Bakı şəhər gənclər və idman baş idarəsi tərəfindən Bakı atıcılıq mərkəzində akademik Ziya Bünyadovun xatirəsinə güllə atıcılığı üzrə XVI paytaxt şəhər turniri keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda müxtəlif idman klublarını və cəmiyyətlərini təmsil edən 67 idmançı (onlardan 28-i qadın) mübarizə aparıblar.

Qadınlarda PT-3 hərəkəti üzrə Jalə Bayramova (DİN RSAİM), PTÇ-2 hərəkəti üzrə Xanna Əliyeva (RSAİM), kişilər arasında PT-4 hərəkəti üzrə Üzeyir Tapdıqlı (RSAİM), PTÇ-3 hərəkəti üzrə Hacı Musayev (RSAİM), KÇTÇ-4 hərəkəti üzrə Rəhim Rəhimli (DİN İC), PT-mix üzrə Xanna Əliyeva, Hacı Musayev 1-ci yer tutublar.

Mükafatçılara baş idarə tərəfindən müvafiq dərəcəli diplom və medallar təqdim olunub.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish