Ziya Məmmədzadə qitə çempionatında çıxışını dəyərləndirdi

Neftçala rayonunun Axmaz göl su hövzəsində avarçəkənlərin təlim-məşqi oldu. Allsport.az saytı xəbər verir ki, toplanışda U-23 millinin üzvü Ziya Məmmədzadə, Belçikanın Mexelen şəhəri yaxınlığında Hazevinkel bazasında Avropa çempionatında çıxışı barədə açıqlama verdi:

“Qitə çempionatından yenicə qayıtmışam. Çox çətin yarış oldu. 9-cu yeri tutmaqla, ən yaxşı nailiyyətlərimdən birinə nail oldum. Artlq böyüklərə keriçəm.

Ümid edirəm ki, orada daha yaxşı nəticə göstərəcəyəm. Çünki məşqlərin keyfiyyəti həddindən artıq yüksəkdir. Düzdür, ordada yarışmaq asan olmayacaq. Amma bütün çətinliklərin öhdəsindən gələcəyimə ümid edirəm”.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish