- Baxış sayı: 28
- 30 Dekabr 2024 19:37
- Baxış sayı: 37
- Dekabr 29, 2024
- 0
Avropa liqası növbəti dəfə paytaxtda futbol azarkeşlərini sevindirəcək. Allsport.az saytı xəbər verir ki, gələn ilin mayın 29-da Bakı olimpiya stadionunda keçiriləcək final oyununa hazırlıq çərçivəsində dünya şöhrətli argentinalı hücumçu Ernan Krespo UEFA-nın ulduz səfiri qismində dekabrın 23-də Azərbaycana səfər edəcək.
Həmin gün saat 12:00-13:00-da avroliqaya həsr olunmuş muzeydə Milan “İnter”inin heyətində 3 dəfə İtaliya çempionu olmuş ünlü futbolçunun imza günü təşkil olunacaq. Muzey ziyarətçiləri imza günündə sabiq hücumçu ilə yaxından tanış ola, ondan imza ala, eləcə də foto çəkdirə biləcəklər. Saat 13:00-da isə muzeydə qonağın KİV üçün brifinqi keçiriləcək.
Qeyd edək ki, Ernan Krespo İtaliyanın “Parma” klubunun heyətində UEFA kubokunun 1998/99 mövsümünün qalibi olub. Onun adı 2004-cü ildə FIFA-nın 100 illik yubileyi münasibətilə Pele tərəfindən tərtib edilmiş həyatda olan 125 ən yaxşı futbolçunun siyahısında yer alıb.