- Baxış sayı: 7
- 28 Noyabr 2024 10:42
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
Topaz premyer liqasında cari mövsümünün ilk yarısı başa çatıb. Allsport.az saytı xəbər verir ki, Azərbaycan çempionatının ən yüksək dəstəsində 4-cü mövsümünü keçirən “Zirə” qış fasiləsinə qədər 14 oyun keçirib. Bu matçların birinin – “Səbail”lə görüşün nəticəsi ləğv edilib.
Digər 13 qarşılaşmada “Qartallar”ın heyətində 20 futbolçu iştirak edib. Qapıçı Anar Nəzirov bütün oyunlarda iştirak edən yeganə futbolçudur. 13 oyunun hamısına kapitan kimi başlayan qolkiper yalnız bir dəfə əvəzlənib. Adil Nağıyevlə Sadio Tounkara hərəyə 12 oyunda fürsət qazanıb.
Mövsümün ilk yarısında “Zirə”nin 8 futbolçusu qol sevinci yaşayıb. Komandanın ən yaxşı bombardiri Mirsahib Abbasovdur. Onun hesabında 3 qol var. Tellur Mütəllimovla Aleksandr Dedov hərəyə 2 dəfə fərqlənibsə, digər 5 oyunçu 1 qolun sevincini yaşayıb.
Qeyd edək ki, nəticəsi ləğv olunan görüşdəki oyun və qol sayında nəzərə alınmır, vərəqələr isə futbolçuların passivində qalır.