- Baxış sayı: 35
- 17 Dekabr 2025 14:24
- Baxış sayı: 150
- Dekabr 16, 2025
- 0

Premyer liqanın 17-ci turunda “Sumqayıt”a səfərdə 2:1 hesabı ilə qalib gələn “Sabah”ın baş məşqçisi Jelko Sopiç mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Allsport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis əvvəlcə qələbəni şərh edib:
“Düşünürən ki, 70-75 dəqiqə gözəl oynadıq. 90 dəqiqə yüksək səviyyədə oynaya bilmərik, biz “Barselona” deyilik. Buraya gələndən 70-75 dəqiqə oynadığımız oyun ən yaxşısı idi. “Sumqayıt”ın formada olduğunu bilirdik. Yarımmüdafiəçiləri güclü idi. Onların paslaşmasına icazə vermək istəmirdik”.