- Baxış sayı: 39
- 28 Noyabr 2024 23:42
- Baxış sayı: 130
- Noyabr 28, 2024
- 0
Bu gün AFFA intizam komitəsinin növbəti iclası keçirilib. Allsport.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub:
İntizam komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olundu:
Premyer liqanın XI turunun “Keşlə” – “Neftçi” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;
Premyer liqanın XI turunun “Qəbələ” – “Səbail” matçının 80-ci dəqiqəsində “Səbail” klubunun 79 №-li futbolçusu Əli Sadıxov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur;
Premyer liqanın XI turunun “Sabah” – “Sumqayıt” matçında “Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;
Oyunun 59-cu dəqiqəsində “Sumqayıt” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunur;
Premyer liqanın XI turunun “Qarabağ” – “Zirə” matçında “Zirə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;
Təcili tibbi yardım əməkdaşı oyunöncəsi iclasda iştirak etmədiyinə görə meydan sahibi klub 400 manat cərimə olunur.