- Baxış sayı: 44
- 16 Dekabr 2025 22:51
- Baxış sayı: 152
- Dekabr 16, 2025
- 0

İtaliyanın Kaorle şəhərində keçirilən U15 Avropa çempionatının qalibi olan sərbəst güləşçi Hüseyn Rzazadə Vətənə qayıdıb.
Allsport.az xəbər verir ki, gənc pəhləvan Heydər Əliyev beynəlxalq aeroportunda qarşılanma mərasimində açıqlama verib:
“Bu yarışa çox güclü hazırlaşmışdım. Yüksək səviyyədə keçirilən təlim-məşq toplantılarında iştirak etdik. İnşallah, Azərbaycana qızıl medallar gətirməyə davam edəcəyəm”.