- Baxış sayı: 7
- 17 Dekabr 2025 13:59
- Baxış sayı: 119
- Dekabr 16, 2025
- 0

“İnter Mayami”nin futbolçusu Lionel Messi yeni rekorda imza atıb.
Allsport.az xəbər verir ki, argentinalı hücumçu MLS-in müntəzəm mövsümündə “Nyu-İnqlend Revolüşn”ı səfərdə 2:1 hesabı ilə məğlub etdikləri oyunda dubl edib.
Messi 27-ci və 38-ci dəqiqələrdə fərqlənib.
38 yaşlı futbolçu daha əvvəl “Monreal İmpakt” (4:1, 4:2) və “Kolumbus Krü” (5:1) klubları ilə görüşlərdə də dubl etməyi bacarıb.
Beləliklə, Messi MLS tarixində ardıcıl 4 matçda iki qol vuran ilk futbolçu olub.