- Baxış sayı: 34
- 27 Noyabr 2024 23:48
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
Azərbaycan millisinin və “Neftçi”nin yarımmüdafiəçisi Mirabdulla Abbasov “Futbol+” qəzetinin keçirdiyi ənənəvi sorğuda ilin ən yaxşı oyunçusu seçilib. Allsport.az saytı xəbər verir ki, o, 228 xalla bütün rəqiblərini qabaqlayıb.
2-ci yeri millimizin və “Qarabağ”ın müdafiəçisi Maksim Medvedev tutub – 207 xal. İlk üçlüyü onun komanda yoldaşı Qara Qarayev qapayıb (148).
Sorğuda 170 respondent iştirak edib. Onların arasında premyer liqa klublarının baş məşqçiləri və kapitanları, futbol funksionerləri, veteranlar, hakimlər və jurnalistlər yer alıblar. Respondentlər 10 namizəd arasından 3 ən yaxşı futbolçunu seçməli olublar.
Mirabdulla geridə qalan il ərzində “Neftçi”nin heyətində premyer liqada 10 qol vurub. 23 yaşlı futbolçu bu ilin noyabr ayında Azərbaycan yığmasında debüt matçına çıxıb.
1. Mirabdulla Abbasov (228 bal)
2. Maksim Medvedev (207)
3. Qara Qarayev (148)
4. Mahir Mədətov (99)
5. Təmkin Xəlilzadə (80)
6. Emin Mahmudov (67)
7. Riçard Almeyda (58)
8. Araz Abdullayev (45)
9. Kamran Ağayev (35)
10. Ruslan Qurbanov (3).