Samir Abbasov: “Yoldaşlıq oyunlarının ab-havası hələ də qalmaqdadır”

“Zirə”nin baş məşqçisi Samir Abbasov premyer liqasının ilk turunda səfərdə “Səbail”ə qarşı (0:1) oyundan danışdı. Allsport.az saytı xəbər verir ki, o, mətbuat konfransında bunu söylədi:

“Çempionata yenilgi ilə başlamaq pis oldu. Fərqli hissələrə şahidlik etdik. 2-ci hissənin əvvəlində də gözəl fürsətlər yaxaladıq. Rəqibin xeyrinə olan 1 penalti hər şeyi həll etdi. Artırmalıyıq, bizdən çox şey gözləyirlər. Səhvlər etmək olmaz. Yoldaşlıq oyunlarının ab-havası hələ də qalmaqdadır”.

Həmin kateqoriyadan