Topaz premyer liqasında 3-cü yer “Neftçi”nin oldu, “Zirə” avrokubok imkanını saxladı

Bu gün Topaz premyer liqasında 28-ci tur başlayıb. Allsport.az saytı xəbər verir ki, mövsümün sonuncu oyun günündə “Neftçi” Gəncədə “Kəpəz”in qonağı olub. Tərlan Əhmədovun komandası 2:1 qalib gələrək ölkə çempionatını 3-cü yerdə başa vurub. Üstəlik, Avropa liqasına vəsiqə qazanıb.

Sumqayıtda eyni adlı klub “Zirə”ni qəbul edib. Bayraqdarın “Kəpəz”i məğlub etmək imkanı yüksək olduğundan, 4-cü yerin sahibi böyük ölçüdə bu oyunda müəyyənləşib. Qonaqlar daha yaxşı təsir bağışlayıb və məqsədinə çatıb (2:1) .

Günün digər matçında “Keşlə” rəqib meydanında “Səbail” komandasını 1:0 hesabı ilə üstələyib.

Həmin kateqoriyadan