- Baxış sayı: 24
- 09 Dekabr 2025 14:57
- Baxış sayı: 38
- Dekabr 08, 2025
- 0

Hazırda qış fasiləsində olan “Zirə” yanvarın 5-də bir araya gələcək. Allsport.az saytı xəbər verir ki, çalışmaların ilk hissəsini Bakıda keçirəcək “Zirə”, ayın 12-də Türkiyənin Antalya şəhərinə yollanacaq.
“Qartallar” Bələk bölgəsində “Alva Donna Exclusive Hotel”də qalacaq. Komanda burda 4 yoxlama oyununa çıxacaq. “Qartallar” ayın 15-də “Taraz” (Qazaxıstan), 18-də isə “Konkordiya” (Rumıniya) komandaları ilə görüşdə qüvvəsini sınayacaq. Digər iki rəqibin kimliyinə isə aydınlıq gəlməyib.
“Zirə” yanvarın 27-də toplanışı yekunlaşdırıb, vətənə qayıdacaq.