- Baxış sayı: 29
- 29 May 2023 14:14
- Baxış sayı: 37
- May 28, 2023
- 0
“Bursaspor”da bu mövsümün ən faydalı oyunçuların siyahısı açıqlanıb.
Allsport.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Namiq Ələsgərov vurulan qollara ən çox töhfə vermiş 2-ci oyunçudur.
Aktivində 3 məhsuldar ötürmə olan 26 yaşlı futbolçu yalnız Massimo Brunodan geri qalır. Belçikalı vinger indiyədək 2 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.
Bu yay “Neftçi”dən transfer olunan Namiq Ələsgərov “Bursaspor”la 2 illik müqavilə imzalayıb.