Argentinalı müdafiəçi “Krasnodar”da?

Argentinalı müdafiəçi “Krasnodar”da?

“İnternasional”ın sağ cinah müdafiəçisi Fabrisio Bustos karyerasını “Krasnodar”da davam etdirə bilər. Allsport.az saytı xəbər verir ki, 28 yaşlı futbolçunun transferi Rusiya klubu üçün prioritet məsələdir.

O, 2022-ci ilin fevralında 1,25 milyon avroya “İndependyente”dən “İnternasional”a keçib. Bu mövsüm argentinalı 34 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

Transfermarkt onun dəyərini 7 milyon avro qiymətləndirir.

Həmin kateqoriyadan