Əslən kamerunlu İsveçrəyə qələbə qazandırdı

Qətərdə futbol üzrə dünya çempionatında bu günün ilk matçında “G” qrupunda İsveçrə və Kamerun yığmaları qarşılaşıblar.

Allsport.az saytı xəbər verir ki, ilk hissədə üstünlük afrikalıların tərəfində olsa da, onlar bundan yararlana bilməyiblər.

Əvəzində, avropalılar 2-ci yarıda hesabı açıbılar və bu qol oyunun taleyini həll edib. Əslən kamerunlu legionçu Embolo 48-ci dəqiqədə komandasaını irəlı çıxarıb.

Həmin kateqoriyadan