16 yaşında karyerasını sonlandıra bilər

Buz rəqsi üzrə yarışan rusiyalı fiqurlu konkisürən Anna Rumak yaxın gələcəkdə karyerasını bitirəcəyini istisna etməyib.

Allsport.az xəbər verir ki, bu barədə o, TASS-a açıqlama verib:

“Təəssüf ki, mən Yekaterina Borisovna Rublevanın qrupunu tərk etmək məcburiyyətində qaldım. Hazırda heç yerə köçməmişəm. Təbii ki, planlar var. Yayın sonuna kimi mən fiqurlu konkisürmə idmanında qalacağıma qərar verəcəyəm, yoxsa anama, atam və bacıma köçəcəyəm – onlar başqa ölkədə yaşayırlar”.

Həmin kateqoriyadan