- Baxış sayı: 33
- 02 Fevral 2023 20:16
- Baxış sayı: 104
- Fevral 03, 2023
- 0
“Sumqayıt” premyer liqanın yeni mövsümündə ilk qələbəsini bayram edib. Allsport.az saytı xəbər verir ki, “kimyagərlər” 16-cı turda “Kəpəz”ə qalib gəlib. Samir Abbasovun komandası səfərdə 1:0 hesabı ilə qələbə qazanıb.
Sumqayıtın eyni adlı təmsilçisi sonuncu dəfə 2022-ci il mayın 21-də qalib gəlmişdi. Bu, ötən mövsümün son turuna təsadüf edib. Həmin gün sumqayıtlılar “Səbail”i 5 cavabsız qolla udub.
197 gündən sonra qazanılan qələbə yubileylərlə də əlamətdar olub. “Sumqayıt” ölkə çempionatında 75-ci dəfə qapısını toxunulmaz saxlayıb. Bu görüşlərin 41-i evdə, 34-ü səfərdə keçirilib.
Qələbə qolunun müəllifi olan Vurğun Hüseynov güclülər dəstəsində 10-cu dəfə fərqlənib. Təcrübəli müdafiəçi “Qəbələ”də 4, “Turan”la “Sumqayıt”ın hərəsində 3 qol vurub.