- Baxış sayı: 35
- 20 Dekabr 2024 23:54
- Baxış sayı: 156
- Dekabr 18, 2024
- 0
“Sabah” ölkə kubokunun 1/4 finalının cavab oyununda evdə “Neftçi”yə 1:3 (ilk oyun – 1:1) yenilərək mübarizəni dayandırıb. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Murad Musayev bunu deyib:
“Birinci hissəni çox yaxşı keçirdik. Oyuna nəzarət bizdə idi. Bir neçə təhlükəli vəziyyət yaratdıq və qol vurduq. Müdafiə xəttində də yaxşı, intizamlı oyun göstərərək, rəqibin qapımız qarşısında təhlükəli vəziyyət yaratmasına imkan vermədik.
2-ci hissədə üstünlüyü əldən verdik. Bu, bizim ən böyük səhvimiz idi. Birinci hissədəki oyunumuzu davam etdirməliydik”.