2 qələbə və 2 heç-heçə

Şahmat üzrə Azərbaycan çempionatında yarımfinal mərhələsinin ilk partiyaları keçirilib.

Allsport.az xəbər verir ki, yarımfinalda rəmzi ilk gedişi Azərbaycan şahmat federasiyasının vitse-prezidenti Yaqub Hüseynov edib.

Şəhriyar Məmmədyarov-Aydın Süleymanlı və Məhəmməd Muradlı-Read Səmədov partiyalarında bərabərlik qeydə alınıb.

Qadınların yarışında Ülviyyə Fətəliyeva Gülnar Məmmədovanı məğlub edib. Digər partiyada Ayan Allahverdiyeva iki dəfə qayda pozuntusuna yol verdiyinə görə Türkan Məmmədyarova qalib elan edilib.

Sabah Azərbaycan çempionatında cavab oyunları keçiriləcək.

Həmin kateqoriyadan