- Baxış sayı: 44
- 10 Aprel 2026 22:20
- Baxış sayı: 192
- Aprel 10, 2026
- 0

Azərbaycan yığması “FİFA sıralaması-2026” beynəlxalq turniri çərçivəsində sonuncu – ikinci oyununu keçirib.
Allsport.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda Syerra Leone yığmasını qəbul edib.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən görüş 1:1 hesablı heç-heçə ilə bitdiyi üçün penaltilər seriyasına ehtiyac duyulub.
Hesabı 28-ci dəqiqədə rəqibin futbolçusu Daniel Kanu açıb. Millimizin müdafiəçisi Rahil Məmmədov 72-ci dəqiqədə hesabı bərabərləşdirib.
Oyunun penaltilər hissəsində daha dəqiq olan Azərbaycan yığması qələbə qazanıb – 9:8.
Bununla da yığma komandamız adı çəkilən turnirinin qalibi olub.
Milli ilk oyununda Sent Lüsiya seçməsini 6:1 hesabı ilə məğlub edib.