- Baxış sayı: 34
- 26 İyul 2024 21:04
- Baxış sayı: 47
- İyul 26, 2024
- 0
Topaz premyer liqasının 27-ci turu “Zirə” üçün əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, öz meydanında “Kəpəz”i 2:1 hesabı ilə məğlub edən paytaxt təmsilçisi evdə yubiley qələbəsini qazanıb.
Bu matçadək doğma azarkeşlər önündə keçirdiyi 45 ölkə çempionatı matçında 24 dəfə 3 xala sevinən “qartallar” 25-ci qələbənə yetişib.
“Zirə” Azərbaycan çempionatları tarixində öz meydanında 25 və ya daha çox qələbə qazanan 26-cı komanda olub. Bu rəqəmə 46-cı görüşdə çatan komanda öz meydanındakı qələbə sayında “Azəri” ilə eyni göstəriciyə malikdir.