- Baxış sayı: 33
- 06 Aprel 2026 12:06
- Baxış sayı: 129
- Aprel 03, 2026
- 0

“Uindem bağ” mehmanxanasında AFFA ilə Çex Respublikasının “Eyeball” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalandı. Allsport.az saytı xəbər verir ki, mərasimində Azərbaycandan qurumun baş katibi Cahangir Fərəcullayev, qarşı tərəfdən şirkətinin rəhbərliyi iştirak etdi. Müqaviləyə əsasən, “Eyeball”ın kamera və təhlil platforması ölkə futbolunda tətbiq olunacaq.
Cahangir Fərəcullayev çıxışında bildirdi ki, məlumat bazası sayəsində yeniyetmə futbolçularımız Avropa skautlarının diqqətini çəkəcək: “Hazırda dünyada 25 yaş deyil, 17-18 yaş gənc sayılır və yüksək dəstələrdə çıxış edirlər.
Yeni texnologiya vasitəsilə oyunçularımızın gerçək gücü bilinəcək. Belədə, milli komandalarda tapşırılma ilə bağlı söz-söhbətin qarşısı alınacaq. Bu gün dünya inkişaf edir və biz bu prosesdən kənarda qalmamalıyıq. Hər yenilik özü ilə uğur gətirir”.