3 futbolçu nizam-intizam qaydasını pozduğu üçün millidən qovulub

Qəbələdə təlim-məşq toplanışında olan U-19 millinin heyətində dəyişiklik olub.

Allsport.az saytı xəbər verir ki, Xəyal Fərzullayev (“Sumqayıt”), Qurban Səfərov (“Şamaxı”) və Elcan Əbilov (“Neftçi”) nizam-intizam qaydalarını pozduqlarına görə, baş məşqçinin qərarı ilə heyətdən kənarlaşdırılıblar.

“Qəbələ” klubunun üzvü – qapıçı Məmməd Muradov heyətə cəlb olunub. U-19 iyunun 7-də və 10-da Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı iki yoldaşlıq oyunu keçirəcək.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish