- Baxış sayı: 34
- 26 Noyabr 2024 22:36
- Baxış sayı: 35
- Noyabr 26, 2024
- 0
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Allsport.az xəbər verir ki, iclasda AFFA-nın bayrağı altında keçirilən müxtəlif turnirlərlə bağlı aşağıdakı qərarlar qəbul olunub:
Yüksək Qızlar Liqasının “Neftçi” PFK – 8 №-li İOEUGiM oyununda 8 №-li İOEUGiM komandasının heyətində eyni nömrə altında (N1) meydançada iki oyunçu (İlahə Əkbərova və Lamiə Əlizadə) çıxış etdiyinə görə bu komandaya 0:3 hesabı ilə məğlubiyyət verilib.
Gənclər Liqasında keçirilən “Zirə” – İCBFA oyununda İCBFA komandasının futbolçusu Cavanşir Tahirov qarşılaşmanın 40-cı dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılıb.
U-12 Liqasında keçirilməli olan “Çinar” (Gəncə) – “Lokomotiv” (Gəncə) qarşılaşmasında “Lokomotiv” komandasının heyətində yetərsay olmadığı üçün oyunun baş tutmamasına görə “Lokomotiv”ə 0:3 hesabı ilə məğlubiyyət verilib.
U-10 Liqasında keçirilməli olan “Azart” – İCBFA qarşılaşmasında “Azart” komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün oyunun keçirilməməsi səbəbindən “Azart”a 0:3 hesablı texniki məğlubiyyət verilib.