- Baxış sayı: 29
- 02 Noyabr 2026 13:57
- Baxış sayı: 273
- Oktyabr 25, 2026
- 0

İngiltərə premyer liqasının XVI turunda “Mançester Siti” səfərdə “Kristal Pəlas”ı 3:0 hesabı ilə məğlub edib.
Allsport.az xəbər verir ki, bu, “şəhərlilər”in baş məşqçisi Pep Qvardiola üçün premyer liqada bir oyunda üç və daha çox qol vurmaqla qazanılan 150-ci qələbə olub.
İspaniyalı mütəxəssis saya 358 oyunda nail olub.
Qvardiola bu göstəricidə rekordçu olan Aleks Ferqusonu keçib. Şotland məşqçinin bu saya 522 oyunda çatıb.