39 yaşında 1 saata qalib gəldi

Rusiyalı tennisçi Vera Zvonareva, Çinin Nançanq şəhərində keçirilən “WTA-250” turnirində 2-ci tura yüksəlib.

Allsport.az xəbər verir ki, 1/16 final görüşündə “WTA” reytinqində 272-ci olan 39 yaşlı rusiyalı qadın dünyanın 166-cı raketka ustası olan hollandiyalı Arianne Hartononu məğlub edib – 6:1, 6:2. Tennisçilər arasında görüş 1 saat 3 dəqiqə davam edib.

Növbəti mərhələdə Zvonareva, Diana Şnayder (Rusiya) – Çju Lin (Çin) matçının qalibi ilə görüşəcək.

Həmin kateqoriyadan