İnyesta, Messi və Busketslə birlikdə oynaya bilər

Allsport.az xəbər verir ki, İspaniya millisinin hüçumçusu, dünya çempionu və ikiqat Avropa çempionu Andres İnyesta “İnter Mayami”nin futbolçusu ola bilər.

Yaponiyanın “Vissel Kobe”sindən ayrıldıqdan sonra azad agent olan 39 yaşlı ispaniyalıya “İnter Mayami”dən və Səudiyyə Ərəbistanı klubundan təklif gəlib. 

Futbolçunun Amerika klubuna keçməyə meylli olduğu qeyd edilir.

ABŞ klubunda İnyesta keçmiş “Barselona” komanda yoldaşları Lionel MessiSerxio Buskets ilə yenidən eyni komandada çıxış edə bilər.

Həmin kateqoriyadan