60 il sonra yenidən ÇL-də

“Bolonya” çempionlar liqasına daxil olmaları şərəfinə parad keçirəcək.

Allsport.az xəbər verir ki, şəhər daxilində yürüş avtobusla baş tutacaq. Tədbir mayın 22-də olacaq.

İndi “Bolonya”nın 67 xalı (üçüncü yer), 6-cı yerdə olan “Roma”nın isə çempionatın başa çatmasına iki tur qalmış 60 xalı var.

Bu o deməkdir ki, “Bolonya” gələn mövsüm ÇL-də iştirak edəcək.

Klub sonuncu dəfə 1964/65 mövsümündə çempionlar liqasına (Avropa çempionlar kuboku) vəsiqə qazanıb.

Həmin kateqoriyadan