- Baxış sayı: 36
- 09 Mart 2026 23:52
- Baxış sayı: 296
- Mart 05, 2026
- 0

AFFA U-13 Liqasında iştirak edən “Baku Sporting” klubunu və məşqçisini cəzalandırılıb.
Allsport.az xəbər verir ki, buna səbəb komandanın heyətində yer alan Roman Bayandurov adından lisenziyası olmayan Əli Hüseynov adlı şəxsin 8 oyunda iştirak etməsidir.
Həmin matçlarda Bakı təmsilçisinin bütün nəticələri ləğv edilib və 0:3 hesablı texniki məğlubiyyət verilib.
Eyni zamanda, yaşananlara görə “Baku Sporting”in məşqçisi Şamil Məmmədov 6 ay şərti olmaqla 12 aylıq futbolla bağlı fəaliyyətdən kənarlaşdırılıb.