- Baxış sayı: 49
- 21 Sentyabr 2026 21:32
- Baxış sayı: 233
- Sentyabr 17, 2026
- 0

Antalyada cüdo üzrə yeniyetmələr arasında Avropa kubokuna start verilib.
Allsport.az xəbər verir ki, ilk yarış günündə milli komandamızın bir üzvü fəxri kürsüyə qalxıb.
48 kq çəki dərəcəsində tatamiyə çıxan Könül Eyvazlı üçüncü yeri tutub. Təmsilçimiz həlledici görüşdə yerli idmançı Büşra Ceylin Çoşquna qalib gələrək bürünc medala layiq görülüb.
Turnirdə 21 ölkədən 550 cüdoçu qüvvəsini sınayır.