- Baxış sayı: 23
- 07 Dekabr 2025 13:07
- Baxış sayı: 229
- Dekabr 05, 2025
- 0

Azərbaycan Premyer Liqasında tamaşaçı sayında yeni rekord qeydə alınıb.
Allsport.az xəbər verir ki, XXI turun “Sumqayıt” – “Neftçi” görüşünü 8100 izləyici seyr edib. 10 ildən sonra çempionat matçını qəbul edən Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı bu göstərici 2023/24 mövsümünün yeni rekordudur.
Bunadək rekord X turun “Turan Tovuz” “Qarabağ” qarşılaşmasına (2:2) məxsus idi. Həmin matçı 6000 seyrçi izləyib. Qeyd edək ki, “Sumqayıt” – “Neftçi” oyununda meydan sahibləri 2:1 hesablı qələbə qazanıblar.