- Baxış sayı: 19
- 24 Mart 2023 20:01
- Baxış sayı: 25
- Mart 24, 2023
- 0
AFFA intizam komitəsinin iclası keçirilib. Allsport.az xəbər verir ki, premyer liqanın 17-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul edildi:
“Səbail”lə səfər oyununda “Qəbələ”nin futbolçusu Fernan Lopes ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur;
“Neftçi”nin “Keşlə” oyununda 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;
“Zirə” – “Qarabağ” oyununuda meydan sahiblərinin futbolçusu Cavid Hüseynov 67-ci dəqiqədə hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 3200 manat cərimə olunur;
“Sumqayıt” – “Sabah” oyununda qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.