AFFA-dan Rəşad Sadıqova xəbərdarlıq

AFFA intizam komitəsinin növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, premyer liqanın 2-ci və 3-cü turunda keçirilən matçlardakı qayda pozuntuları barədə qərarlar verilib. 

2-ci turda “Sumqayıt” – “Qarabağ” oyununda “kimyaçılar”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.
 
“Səbail” – “Turan Tovuz” görüşündə meydana kənar şəxslər daxil olduğu üçün meydan sahibi klub 1600 manat ziyana düşüb.

3-cü turunda “Sabah” – “Neftçi” qarşılaşmasında “ağ-göylər”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat geri düşüb. Bu görüşdə meydana kənar şəxslər daxil olduğu üçün, ev sahibi 1600 manat cərimələnib.

“Zirə” – “Sumqayıt” matçında meydana kənar şəxslər daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunub. “Qartallar”ın baş məşqçisi Rəşad Sadıqov hakimlərin işinə nümayişkaranə şəkildə müdaxilə etdiyi üçün xəbərdarlıq edilib.

“Kəpəz” – “Qəbələ” oyununda meydana kənar şəxslər daxil olduğu üçün, ev sahibi 1600 manat cərimələnib.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish